Övlad atasının faizlə aldığı evdə yaşaya bilərmi?
Və aleykum Salam. Belə halda sizin üzərinizə düşən atanıza nəsihət etmək və onu bu işdən çəkindirməkdir. Əgər siz atanıza nəsihət edib onu bu işdən çəkindirməyə çalışmısınızsa, artıq üzərinizə düşən vəzifəni yerinə yetirmisiniz. Bu evin haram yolla alınmasının günahı bu evdən istifadə edənlərin deyil, evi alan şəxsin üzərinə düşür. Uca Allah buyurur: "Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan sapmış kimsə sizə zərər yetirə bilməz". (əl-Maidə, 105). Böyük təfsir alimi İbn Kəsir (rahiməhullahu) bu ayənin təfsirində deyir: "Uca Allah bu ayədə mömin qullarına özlərini islah etməyi, gücləri və taqətləri yetəcək qədər xeyir işlər görməyi əmr edir. Həmçinin bildirir ki, öz işlərini qaydasına salan kimsəyə, qohum və ya yad olmasından asılı olmayaraq, başqalarının azğınlıqları zərər verməyəcək".
Əgər atanız bu əməldən tövbə edib gələcəkdə bir daha bu əməli etməyəcəyinə (haram yolla əmlak və ya bir şey almayacağına) söz verərsə, ona yardım edə bilərsiniz. Əks halda ona yardım etməyin. Həmçinin oxuyun:
Kredit götürmək hansı hallarda günah deyil?
Başqa yol yoxdursa, ipoteka ilə mənzil almaq günahdırmı?