Müəlliminin halallığı olmadan onun video dərslərini başqasına vermək və ya satmaq olarmı?
Sual:
Salam.Çox tecili sualdı xahiş edirem,tez cavablayardız.Komputer onlayn derslere qoşuldum.Dersler baha idi ama ödenişi etdim.Müellim derslerin rekordunu bize gönderib.Bir tanışım derslere qoşulmaq istediyini,amma derslerin baha olduğunu,imkanı çatmadığını dedi.ders rekordlarını ona ucuz satmağımı isteyir. Evvelrazılaşdım,çünki hem menim indi maddi çetinliklerim var,hem o tanışıma kömek etmek isteyirem.indi narahatam ki,günaha girmiş olaram.Çünki müellim bu dersleri keçmekle pul qazanır.Men ise onun emeyini satıram.Ödenişi etmişem deye artıq o dersler menim malım sayıla biler? Eger menim malımdısa, sata bilerem?Müellimden icaze almağa çalışacam.Amma icaze vermediyi halda yene sata bileremmi?
Cavab:
Va aleykum Salam. Müəlliminin halallığı olmadan onun dərslərini başqasına vermək və ya satmaq qadağandır. Əgər müəllim halallıq verərsə, bu halda onun dərslərini başqasına göndərə bilərsiniz. Həmçinin oxuyun: