Üzü üstə uzanmaq günahdırmı?

    07.06.2014
Kimdən: 
esma
Sual: 
salamun eleykum.1.uzu asagi uzanmaq gunahdirmi?2.broyler toyugu yemek olarmi,belke bismillahsiz kesilib?3.yuxunu yozmaq duzdurmu?4.sie.sunni,vahabi namazi deye 1 sey varmi?yeni men namaz qiliram,sorusurlar ki,sie ya sunni namazi qilirsan?men ozumu teriqete ayirmiram.sadece muselmanam.
Cavab: 

Və aleykum Salam.
1) Üzü aşağı yatmaq qadağandır. Daha ətraflı: Üzü üstə yatmaqla bağlı hədisi tam şəkildə yaza bilərsinizmi?
2) Ümumiyyətlə bu məsələdə əsl olan şəriət qaydası odur ki, əldə haramlığına dair qəti bir şübhə və ya bir əsas olmadıqca, üzərində yazılan halal sözünə, kəsənin və yaxud satanın halal kimi təqdim etməsinə etibar olunur. Əgər o yalan danışsa, bu halda alıcıya günah yazılmır. Həmçinin şəriətə əsasən, yediyimiz ətin kəsilməsi zamanı "bismilləh" deyildiyini bilmiriksə, bu zaman yaşadığımız ölkədə ümumən ətin "bismilləh" deyilərək kəsildiyinə baxırıq. Əgər belədirsə, onda yemək olar.
3) Yuxu haqqında məqaləsini oxuyun
4) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı kimi namaz qılmaq bəzən ittihamlara səbəb olur. Lakin insan Uca Allah üçün ilk addımı atarsa, Uca Allah onun üçün bu şeyləri asanlaşdırar. İttihamları isə İslam elminə yiyələnərək hikmətlə cavablandırmaq, xurafatlardan uzaqlaşdırmaq lazımdır. Sizə məzhəbiniz haqqında sual verildikdə, sadəcə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yolunu getməyə çalışdığınızı bildirin , çünki O, ümmətinin yetmiş üç firqəyə bölünəcəyi haqda xəbər vermiş və hansının haqq yolda olduğunu soruşduqda o: "Mən və mənim səhabələrimin üzərində olduğu yol ilə gedənlər" - deyə cavab vermişdir. 
Peyğəmbər (salləllahu aleyhi va səlləm) həmçinin demişdir: "Ən doğru söz Allahın kəlamıdır (Quran), ən xeyirli yol Muhəmmədin yoludur. Hər bir dinə salınan yenilik bidətdir, hər bir bidət şey zəlalətdir. Hər bir zəlalət isə cəhənnəmdədir".
Qurani Kərimi və Peyğəmbərin (salləllahu aleyhi va səlləm) həyatını oxuyun, onun nəyə dəvət etdiyini və nəyi qadağan etdiyini öyrənin, sonradan uydurulmuş yeniliklərdən çəkinin, bu zaman inşallah, haqq yol sizə aydın olacaq.
 

Paylaş: