Müsəlman qadın qeyri-müsəlman kişi ilə evlənə bilərmi?

    24.07.2024
Sual: 
Salam.Qadına xristian və ya ibadətlə məşğul olmayan kişi ilə evlənmək qadağandır?Əgər kimsə dindar və ya müsəlman deyilsə,bu onun öz günahı deyilmi?Və ya xristian kişi sünnət etdirmədən müsəlmanlıq qəbul edə bilərmi?Yəni kəlimeyi-şəhadət desə,kifayət edərmi?Ümumiyyətlə,bir çox müsəlman kişilərin 2-ci arvad həvəsi,qadına qarşı avtoritar davranışı məni çox qorxudur.Özüm imkan daxilində Allahın hökmlərini yerinə yetirməyə çalışıram.Sırf Allah qorxusu mənim evlilik düşünməyimin qarşısını alır.Çünki bir çox xristian kişilərin qadınlarına rəftarını çox bəyənirəm və elə həyat yoldaşı arzulayıram.Sanki dindar biri ilə evlənsəm,xoşbəxt olmaram hissi var məndə.Xristian biri ilə evlənməyin hökmü nədir?
Cavab: 

Və aleykum Salam.

1) Müsəlman qadınının qeyri-müsəlman (xristian, yəhudi, dütpərəst, ateist, deist və s.) kişi ilə evlənməsi haramdır. Bu barədə ətraflı oxuyun:


2) Qeyri-müsəlman bir kişinin İslamı qəbul etmək üçün "Kəlmeyi-Şəhadəti" dili ilə deyib İslam əqidəsini qəbul etməlidir. Kişilərin sünnət olunması vacibdir, lakin bu İslamı qəbul etmək üçün şərt deyil. Ətraflı oxuyun:

3) Uca Allah Quranda əsl xoşbəxtliyin səbəbinin Allaha iman gətirib, yaxşı işlər görmək olduğunu bildirərək buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97). 
Uca Allah müsəlman qadınlara qeyri-müsəlman kişilərlə evlənməyi haram edərək bildirmişdir ki, müşrik kişi zahiri görünüşcə və ya xasiyyətcə gözəl ola bilər. Lakin mömin kişi ondan daha xeyirlidir. Uca Allah bu xüsusda buyurur: "Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar" (əl-Bəqərə, 221). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: