Bəzi adətlərə görə qadın ərə getməmiş övrət yerini təmizləyə bilməz, bu doğrudurmu?
Sual:
Salam Allah duami qəbul etdi Rəbbimə necə təşəkkür edə bilərəm? Mənim bir qadını ana kimi qəlbimdə istəyirdim həmişə Rəbbime dua edirdim onu mənə nəsib etsin deyə yeni oda məni öz qızı kimi istəsin deyə çox günahlar etmişdim Rəbbim duami qəbul etdi indi hərşey yaxşıdı öz anamda var ama mən onuda qəlbimdə ana kimi isteyirem gunahdirmi? İstəyirəm həmişə yanımda olsun
2)birdə uzurlu sayin utanıram bu sualı verməyə qız uşağı evli deyil və övrət yerindəki tukleri təmizləyə bilər? Bəzi insanlar deyir olmaz evləndikdən sonra bəzi adət ənənələr dən danışırlar düz deyirlər? Mən etmişəm deyə soruşdum günah olmaz?
Cavab:
Və aleykum Salam.
1) Bu cavabı oxuyun:
2) Həddi büluğa çatmış hər bir müsəlman vaxtaşırı övrət yerinin və qoltuq altının tüklərini təmizləməlidir. Övrət yerinin tüklərini yalnız evləndikdən sonra təmizləmək adəti şəriətə müxalifdir və bu fikir doğru deyil.