Əxlaqi xüsusiyyətlər fitri olur, yoxsa sonradan əldə edilir?

    17.09.2024
Kimdən: 
...
Sual: 
Əssəlamu əleykum və rahmətullah.•İslamda belə bir anlayış varmı ki,əgər bir uşaq valideynləri və ya nəslindəki pis adamlardan uzaqda böyüsə də,yaxşı tərbiyə alsa da,genetik olaraq pis xüsusiyyətləri miras alır və bu,onun davranışına təsir edə bilər? Yəni qan yolu ilə gələn pis xasiyyət və ya xüsusiyyətlər barədə İslam nə deyir? •belə bir hədis var? Peyğəmbərimiz(sallallahu aleyhi və səlləm)deyib ki, qısqanc qadınlarla evlənməyin.Qadının ərini qısqanması pis xüsusiyyətdir? •məndən ərəb dilini niyə öyrəndiyimi soruşanda deyirəm ki,Quranı anlamaq üçün.Onlar deyirlər Quranın tərcüməsi var zatən.Mən onlara bunu necə izah edim? •telefonda azan verilirsə,biz onu təkrarlaya bilərik?
Cavab: 

Və aleykum salam va rahmətullahi və bərakətuhu. 

1) İnsanın əxlaqi xüsusiyyətləri iki qisimdir:

Birinci: İnsanın fitrətində olan, genetik əxlaqi xüsusiyyətlər; 

İkinci: İnsanın həyatı boyu özünü tərbiyələndirməklə qazandığı, əldə etdiyi əxlaqi xüsusiyyətlər. 

Hər bir insan əxlaqı ilə imtahan olunur. Gözəl əxlaqi xüsusiyyətlər verilmiş insanlar bu əxlaqi xüsusiyyətlərindən istifadə edib-etməyəcəkləri ilə, pis əxlaqi xüsusiyyətlər verilmiş insanlar isə bu əxlaqi xüsusiyyətlərini dəyişib-dəyişməyəcəkləri ilə imtahan olunurlar. Böyük İslam alimi İbn Qeyyim demişdir:

"Əgər soruşsan ki, hansısa bir əxlaqi xüsusiyyət sonradan qazanıla bilərmi, yoxsa əxlaqi xüsusiyyətlər yalnız fitri olur?

Cavab belədir: "Bəzən insan hansısa bir əxlaqi xüsusiyyəti qazanıb bu əxlaq üzərində o qədər qalar ki, sonda onun xasiyyətinə və daimi xüsusiyyətinə çevrilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əşəc Abdul-Qeysə (Allah ondan razı olsun) belə demişdir: “Səndə iki xislət vardır ki, Allah onları sevir. (Bu,) mülayimlik və təmkinli olmaqdır". Əşəc dedi: "Ey Allahın Elçisi! Bu iki əxlaqi keyfiyyəti özüm qazanmışam, yoxsa Uca Allah məni belə yaradıb?" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Uca Allah səni belə yaradıb". Əşəc dedi: "Allaha həmd olsun ki, məni Allah və Onun Elçisinin sevdiyi iki əxlaqi keyfiyyətlə yaradıb". (Muslim, 117; Əbu Davud, 5225). Bu hədis göstərir ki, bəzi əxlaqi keyfiyyətlər insanın təbiətində olur, bəzilərini isə həyatı boyu qazanır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazın açılış duasında belə deyərdi: "Allahım! Məni ən gözəl əxlaqa yönəlt, ən gözəl əxlaqa yalnız Sən yönəldirsən. Allahım pis əxlaqı məndən uzaqlaşdır, pis əxlaqdan uzaqlaşdıran yalnız Sənsən!" (ən-Nəsəi, 896). Bu duada Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qazanılan əxlaqı qeyd etdi". (Mədəricus-Səlikin, 3/46-47). 

2) Belə bir hədis barədə məlumatımız yoxdur. Qısqanclıq barədə ətraflı oxuyun:

3) Qurani-Kərimin azərbaycan dilinə mənaca tərcüməsi olsa da, bu tərcümə Quran ayələrinin mənasını tam şəkildə bildirmir. Quran ayələri namazda oxunur və namazda toxunulan ayələri başa düşmək üçün ərəb dilini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Yalnız ərəb dilini bilməklə Quran ayələrinin tam mənasını başa düşmək olar. Həmçinin ərəb dilini bilmək sizə həm də Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərini, alimlərin kitablarını oxuyub başa düşmək imkanı verəcək. 

4) Telefonda verilən azan həqiqi olmadığı üçün təkrarlanmır. Canlı azanı təkrarlamaq buyurulub. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: