Andını dəfələrlə pozub sayını unudan nə etməlidir?

    09.09.2024
Kimdən: 
Abuabu
Sual: 
Salam aleykum men and icmek verdişin almişam bele baxiram hansisa bir qunax etmemek ucun and icmişem ama nefsim buna izin vermeyib tezden etmişem sonra yemek yememek ucun and icmişem yenede dozmemşem yemişem ve belede devam edib curebecur şeylere and icmişem(( bilirem ki bunun kefaresi var ama men o geder and icib pozmuşam ki sayin hesabin bilmirem men nece ede bilerem? Artik tovbe elemek isteyirem bu şeylerden ama kefere orucu duşur sayin hesabinda bilmediyim ucun qalmişam bele nece ede bilerem men?
Cavab: 

Və aleykum Salam. Andı qorumaq vacib əməldir. Andını pozan insan buna görə kəffarə verməlidir. Əgər insan eyni əmələ görə dəfələrlə and içib andını pozarsa buna görə bir dəfə kəffarə verməlidir. Məsələn, siqaret çəkməyəcəyinə and içir, sonra andını pozur. Sonra yenə siqaret çəkməyəcəyinə dair and içir, sonra yenə pozur. Bu halda bir dəfə kəffarə verməlidir. 

Əgər müxtəlif işlərə görə and içib andını pozarsa, pozduğu hər anda görə ayrıca kəffarə verməlidir. Əgər pozduğu andların sayını unutmuşsa, bu halda təqribi olaraq götürməlidir. Andın kəffarəsi barədə ətraflı oxuyun:

Paylaş: