Xəyanət edilən əmanəti sahibinə qaytara bilməyən nə etməlidir?
Sual:
Men əmanətə xəyanət etmişəm. Geri qaytarmaq mümkün deyil. Vicdan əzabı məni incidir. Mən nə edim? Bir yol deyin, günahımız necəsə yuya bilərəmmi?..
Cavab:
Əssələmu aleykum. Əmanətə xəyanət etmək böyük günahdır. Buna görə tövbə etməli və əmanəti sahibinə qaytarmalısız. Əmanəti şəxsən özünüzün qaytarması, habelə əmanət sahibinin də bunu bilməsi şərt deyil. Əgər özünüz qaytara bilmirsinizsə, bu halda əmanəti üçüncü şəxsə verib sahibinə göndərə bilərsiniz və o da sizin adınızı vermədən "bunu bir nəfər sizə göndərdi" deyərək əmanəti sahibinə qaytara bilərsiniz. Əgər malı qəsb olunan şəxsi tapmaq mümkün olmursa, bu halda qəsb olunan malı və ya onun məbləğini həmin şəxsin adından sədəqə verərək haram yolla əldə olunan maldan qurtulmaq lazımdır. Həmçinin oxuyun: