Çiləyə düşmək və ya həmzada düşmək kimi bir şey varmı?

    18.09.2024
Kimdən: 
Elin
Sual: 
Salam 8 aydı evliyəm ama hələ uşağlm yoxdu deyirlər ki çiləyə düşmüsən həmzada belə bir şey var? Və onu təmizlədikdən sonra hamilə qalacam?
Cavab: 

Və aleykum Salam. Dinimizdə çiləyə düşmək və ya həmzada düşmək kimi bir anlayış yoxdur. Belə inanclar xurafatdır və onlara inanmaq olmaz. Uca Allaha dua edərək Ondan sizə əməlisaleh övlad bəxş etməsini diləyin və yalnız Allaha təvəkkül edin. Övlad verən yalnız Odur. Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: