Nafilə namazlarının bəzilərini qılmaq olarmı?
Sual:
Salam Nafilə namazına başlayırıqsa günde 5 defe qılmalıyıq? Əgər elədirsə birini qılıb digərini qılmamaq olarmı
Cavab:
Və aleykum Salam. Gün ərzində nafilə namazlarının hamısını qılmaq şərt deyil. Müsəlman bacardığı qədər nafilə namazlarını davamiyyətli qılmalıdır. Lakin bəzi nafilə namazlarının savabına tam nail olmaq üçün onları davamiyyətli qılmaq lazımdır. Məsələn gün ərzində on iki rükət nafilə qılan üçün Uca Allah Cənnətdə ev bina edər. Lakin davamiyyətli qıla bilməyən kəs bacardığı qədəri qılmalıdır, çünki hər nafilə namaz üçün ayrıca savab vardır. Ətraflı oxuyun: