Kişi yoldaşına əsəbi halda üç dəfə "boşanıram, boşanıram, boşanıram" deməsi boşanma sayılırmı?
Sual:
Bir kişi yoldaşına "bax 3 dəfə deyirəm boşanıram, boşanıram, boşanıram" eyni bu şəkildə desə, amma bunu əsəb anında desə və sidqi ürəkdən boşanma istəyi olmasa və 3 talaq məsələsindən, hullə məsələsindən bixəbər olsa, yenə də boşanmış sayılırmı? Nikah təzələmək haqqları varmı? Yeri gəlmişkən qəti surətdə boşanmaq istəmir, kişi çox peşmandır, körpə uşaqları da var, nə etməlidirlər?
Cavab:
Əssələmu aleykum. Əvvəla kişi yoldaşını həddən çox qəzəbli halda boşayarsa, doğru olan rəyə görə belə boşanma sayılmır. Bu barədə ətraflı oxuyun:
Əgər kişi qadına onu boşamaq niyyətində olduğunu və ya boşamaq istədiyini xəbər verirsə, bu, boşanma sayılmır. Sualda qeyd edilən "boşanıram" sözü qəti boşamaq mənasına gəlmir. Digər tərəfdən bir kişinin eyni yerdə üç dəfə "səni boşadım" deməsi bir boşanma sayılır. Bu barədə ətraflı oxuyun: