Kişi arvadına eyni anda üç dəfə "səni boşadım" deyirsə, bu, boşanma sayılırmı?
Va aleykum salam. Hər şeydən əvvəl qadın bilməlidir ki, qadının zəruri səbəb olmadan ərindən boşanma tələb etməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Hər hansı qadın, zəruri səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672). Qadın yalnız ciddi bir səbəb olduqda ərindən boşanma tələb edə bilər, məsələn əgər ər içki içirsə və s. Əgər ciddi səbəb yoxdursa, qadın səbir etməlidir və yaxşı olar ki, belə məsələlərdə öz vəlilərinə (ağsaqqallara) müraciət etsin.
Əgər kişi qadına onu boşamaq niyyətində olduğunu və ya boşamaq istədiyini xəbər verirsə, bu, boşanma sayılmır. Çünki bu sadəcə xəbər verməkdir. Lakin yenə də kişi gərək dilini boşanmaya gətirib çıxara bilən sözlərdən saxlasın.
O ki qaldı kişinin "boşadım" deməsi və bunu eyni yerdə üç dəfə təkrar etməsi, bu, bir boşanma sayılır. Lakin bir kişi arvadını boşamaq istəyirsə, bunu şəriətə uyğun şəkildə etməlidir. Boşanmanın şəriətə uyğun olması üçün isə qadın heyzdən təmizləndikdən sonra onunla cinsi əlaqədə olmadan boşamaq lazımdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur. İbn Ömər (Allah ondan razı olsun) arvadını heyz halında boşayarkən atası Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) bu haqda Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdu və o buyurdu: "Ona de, arvadı geri qaytarsın. Sonra yeni heyzdən təmizlənənə qədər saxlasın. Bundan sonra istəsə, saxlasın və ya yaxınlıq etmədən boşasın. Bu, Allahın qadınları boşamaq haqqında əmr etdiyi gözləmə müddətidir" (Buxari, 5332, Müslim, 1471).
Qadın heyzdən təmizləndikdən sonra əri ilə yaxınlıq etmiş olarsa, bu halda kişi onu boşamamalıdır. Belə boşanmanın sayılıb-sayılmaması barədə alimlər arasında iki rəy var. Əksər alimlərə görə boşanma sayılır. Arvadını boşamaq istəyən kişi qadının heyz olmasını gözləməli, heyzdən təmizləndikdən sonra onunla yaxınlıq etmədən boşamalıdır. Bu barədə daha ətrafı oxuyun:
Kişi qadını boşadıqdan sonra onu yenidən necə qaytara bilər? İddə müddəti nə qədərdir?
Bir dəfəyə üç dəfə "səni boşayıram" demək boşanma sayılırmı?