Özünə bəddua edən şəxs nə etməlidir?
Sual:
Salam Aleykum. Bir sualım var idi men bir müddet evvel bir sehv etmemek üçün demişdimki bu sehvi etsem qismetim bağlansın evlene bilmeyim ve sonrasında o sehvi etdim ne etmeliyem çox narahatam.
Cavab:
Və aleykum Salam. Səhv və ya günah etdikdə, tövbə edib Uca Allahdan bağışlanma diləmək lazımdır. Bu şəkildə demək isə özü-özünə bəddua etmək sayılır. İnsan özünə bəddua etməkdən çəkinməlidir. Əksinə, daim Allahdan xeyir istəməli və xeyirli dualar etməlidir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Dəvud). Həmçinin oxuyun: