Peyğəmbərlər və imamlar arasında olan fərq nədir?

    12.06.2014
Kimdən: 
...
Sual: 
Salam əleykum .Mənim sualım budur ki, peyğəmbərlər və imamların bir- birindən fərqləri nədir?
Cavab: 

Aleykum salam. Peyğəmbərlər Allah tərəfindən seçilmiş kəslərdir. Onların vəzifəsi insanları yalnız tək olan Allaha ibadət etməyə çağırmaq olmuşdur. Uca Allah onlara Cəbrayıl (Ona Allahın salamı olsun) vasitəsilə vəhy etmişdir: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir." (ən-Nəcm, 3-4).
Həmçinin Uca Allah peyğəmbərlərə bir çox möcüzələr vermişdir. Bu haqda Qurani-kərimdə və hədislərdə bizə çoxlu məlumat verilmişdir. Bütün bunlarla yanaşı peyğəmbərlər də bizim kimi adi insanlar olublar. "Ya Rəsulum! De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin Rəbbiniz Tək olan İlahdır..." (Fussilət, 6).
Sonuncu peyğəmbər Muhəmmədə (sallallahu aleyhi və səlləm) tabe olmaq vacibdir, dində onun etmədiyi şeyləri etmək isə böyük günahdır: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31)
İmam isə "rəhbər" və ya "başçı" deməkdir, dində başqalarını ötüb keçmiş bir çox fəzilətli insanlara "imam" deyilmişdir. Onların Allah yanında fəzilətləri, məqam və hörmətləri böyük olsa da, onları peyğəmbərlərlə eyni səviyyədə tutmaq olmaz, çünki Uca Allah onlara vəhy etməmiş, kitab endirməmiş və peyğəmbərlərə verdiyi möcüzələri verməmişdir. Allaha dua edərkən də imamları Allahla öz aramızda vasitə tutmaq olmaz, çünki Qurani Kərimdə və Peyğəmbərin (salallahu aleyhi və səlləm) hədislərində bu haqda səhih məlumat yoxdur. Daha ətraflı: Allaha dua edərkən insanları vasitə tutmaq olarmı?

Teqlər: 
Paylaş: