On bir yaşlı uşaq oruc tuta bilərmi?

    15.11.2024
Kimdən: 
Rasul
Sual: 
Assalamualaikum mən 11 yaşımayam mən oruc tuta bilərəm
Cavab: 

Əssələmu aleykum. Ağlı başında olan və həddi-büluğ yaşına çatan hər bir səhhət baxımından sağlam olan müsəlman kişi və qadına oruc tutmaq vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə, 183). Dinimiz yetkinlik yaşına çatmayana, xəstəyə və yaşlı insanlara orucu tutmağı vacib etmir. Lakin əgər həddi-büluğa çatmayan uşaqlar buna gücləri çatarsa və sağlamlıqları buna yol verərsə, oruc tutmaları daha yaxşıdır. Həmçinin oxuyun:

Orucu neçə yaşından etibarən tutmaq vacib olur?

Yetkinlik yaşına çatmağın əlamətləri nədir?

Teqlər: 
Paylaş: