Haram bir iş üçün istixarə namazı qılmaq olarmı?

    18.11.2024
Sual: 
Salam Aleykum.İstixarə namazını haram iş üçün qılmaq olmaz deye video görmüşəm. Yəni bir insanın münasibəti haram münasibətdirsə o münasibət üçün istixarə qılmaq olmaz?O münasibətin onun üçün xeyirli olub olmamağını bilmək istəyirsə, niyyəti ciddirdirsə və münasibət təzədirsə istixarə qılmaq düzgün olmaz?
Cavab: 

Və aleykum Salam. İstixarə namazı ibadət, yaxud açıq-aşkar haram olan bir iş haqqında deyil, adətən, tərəddüd və ya şübhə yaranan işlərdə edilir. Bu tərəddüd ya işin özündə, ya da ona çatmaq üçün istifadə edilən vasitələrdə olur.

Məsələn: Namaz qılmağın, oruc tutmağın, həcc ziyarətinin və ya valideynlərə yaxşılıq etməyin, şübhəsiz, xeyir əməllər olduğu məlumdur. Bu kimi işlər üçün istixarə edilmir. Həmçinin şəriətin haram etdiyi işlərdə də istixarə edilmir, çünki bu işlər, şübhəsiz, qadağandır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: