Naməhrəm biri ilə zinaya aparan əməllər edən sonradan onunla nikah bağlayarsa təmizlənərmi?

    29.11.2024
Kimdən: 
Bulud
Sual: 
Salam Aleykum naməhrəm birinə toxunanda və.s eliyənən sonra həmin adam sənin məhrəmin olanda günahların təmizlənir?
Cavab: 

Və aleykum Salam. Naməhrəmə toxunmaq və s. bu kimi zinaya aparan əməllər etmək böyük günahdır və bu günahdan yalnız səmimi tövbə etməklə təmizlənmək olar. Bir insanın zina etdiyi şəxslə sonradan nikah bağlayıb onu özünə məhrəm etməsi əvvəl etdiyi günahları təmizləmir. Ətraflı oxuyun:

Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?

Zina etdiyim qadınla gələcəkdə evlənsəm tövbəm qəbul olunar?

Paylaş: