Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?

    19.06.2014
Kimdən: 
gunahgar bende
Sual: 
Salam eleykumevvelceden tesekkurler men qadinam sevdiyim insanla evlenmeden birlikde olurdq duzdu evleneceyimizi bilirdk ama yrnede gunah oldugunu bildiyimiz halda zina edrdk indi kebin kesdirib bir iki gune toyumuzdu evvelki elediyimiz gunahlar ucun nece bagislanmaq isteyek Allah bizi bagislayarmi kecmisde etdiyimiz gunahlar ucun birde lebin nece kesir yeni qadin iatrak etmelidirmu yoxsa molla ozu dua oxuyub kese bilermi kebini onuda deyimmi alileler razidi ona gorede oglan ozu tek gedib mollada kesdirib kebinin dogrusu necedi zehmet olmasa yazardiniz Allah sizden razi olsun
Cavab: 
Aleykum salam. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət-Təhrim, 8). Həmçinin oxuyun:
Tövbəni necə etmək lazımdır?
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Paylaş: