Kəffarə olaraq on kasıbı geyindirmək dedikdə nə nəzərdə tutulur?

    29.11.2024
Kimdən: 
Xədicə
Sual: 
Salam aleykum. Andin kefferasjni vererken, 10 nəfəri geyindirmek.nece olur? Meselen bir insani başbutov geyindirmek? Kofta, salvar corab. Bu bir neferinki. Belə? Yoxsa 10 nəfərə sadece 10 eded kofta alib, heresine 1 eded vermek.kifayetdirmi? Yoxsa başbutov her sey almalisan. Ve bu paltarlari verecek bir insan tanis yoxdursa, kimsesizler ucun yolun kenarinda terminallar var, ora qoymaq olarmi? Gelib gotururler. Kimsesizlere paylayirlar. Belə olar? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. And içəndə kəffarə olaraq qəbul edilən geyim, insanın namazda övrətini örtməsini təmin edən və ya insanların adətinə görə, başqalarının qarşısında övrətini örtən geyim hesab edilən libasdır. Odur ki bir insana yalnız bir köynək və ya gödəkçə almaq kifayət etmir. 

Kasıblar üçün kəffarə olaraq alınan paltarları kasıbların özünə vermək lazımdır. Kimsəsizlər üçün nəzərdə tutulan yerlərə qoymaz icazəli deyil. Çünki ola bilsin bu paltarlar dəst şəklində bir adama verilməsin. Həmçinin oxuyun:

Paylaş: