Namazda sağa və sola salam verməyin mahiyyəti nədir?

    10.06.2014
Kimdən: 
ISAZADE RUFET.
Sual: 
SALAMUN ALEYKUM..Namazi bitirdikden sonra saga ve sola salam vermeyin mahiyyeti nedir?Bu salam kiramen-katibi meleklerinemidi,yoxsa namaz meleklerine?
Cavab: 
Və aleykum Salam. Asim ibn Damra (Allah ondan razı olsun) belə demişdir: "Biz Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun)  Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gündüz qıldığı (nafilə) namazları barədə soruşduq. O dedi: "Düzü, sizin bu namazları yerinə yetirməyə gücünüz yetməyəcək". Biz dedik: "(Sən de,) bizdən kimin bu namazları qılmağa gücü yetərsə, qılacaq". O dedi: "O, günəş şərqdən doğduqdan sonra, əsr çağı günbatan istiqamətindəki yüksəklikdəki bir yüksəklikdə olduğu zaman iki rükət namaz qılardı. Sonra şərqdən günəş yüksəlib günortaüstü zenitə yaxınlaşdığı zaman dörd rükət namaz qılardı. Zöhrdən əvvəl dörd rükət, sonra iki rükət, əsrdən əvvəl dörd rükət namaz qılar və (bu dörd rükətlərin) hər iki rükətini Allaha müti olan mələklərə, habelə onların yolunu tutub gedən möminlərə və müsəlmanlara salam verməklə digərindən ayırardı". (ən-Nəsai, 864). Həmçinin, amazda sağ və sol çiyin tərəfə verilən salam, sadəcə namazın bitməsini bildirən ərkanlardandır.
Teqlər: 
Paylaş: