Yatanda elə bilirəm ki, bədənimə kimsə girib-çıxır və tərpənirəm

    11.06.2014
Kimdən: 
Baxış
Sual: 
bezen yatıxım zaman qefleten ele bil kimse bedenime girib cıxırmışkimi olur ya elimi qefil qalxır yada ayaxım qefil terpenir bu niye bele olur ve hansı halarad baş verir ele vaxtlar olur ki beynim yatlı olduxu halda gözüm acıq olur ve durub gezirem veyaxuta nese edirem bele hallar neden olur yuxu görünün zaman ruh insan bedeninden niye cıxır ruh bedenden cıxan zaman insan terpene biler
Cavab: 

Aleykum salam. Yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz". (İbn Həcər "Fəthul-Bari", 4/487).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdi­rib on­ların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən baş­layaraq bacar­dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi. (Muslim).
Daha ətraflı: Yatağa girərkən oxunan zikrlər

Teqlər: 
Paylaş: