Özündən asılı olmayan səbəblərə görə qulağına musiqi səsi gələn insana günah yazılırmı?
Sual:
Salam Aleykum. Bildiyimiz kimi mahnı, musiqi haramdır. Mən özüm Mahnı, Musiqi dinləməsəmdə, bəzən elə yerlərdə oluramki, orada başqası mahnıya qulaq asır. Amma mənim orda olma səbəbim mahnıya qulaq asmaq deyil. Bu zaman mən günah qazanırammı?
Və ya sosial şəbəkələrdə tez-tez arxa fonda musiqi olan videolara rast gəlirəm. O videoları izləmə səbəbim musiqi deyil, sadəcə videoda öyrənmək istədiyim Elmi məlumatlar var. Bu zamanda günah etmiş olurammı?
Xahiş edirəm geniş şəkildə bu məsələyə izah verərsiniz.
Cavab:
Və aleykum Salam. Bacardığınız qədər musiqi səsi gələn yerlərdən və musiqi səslənən videolardan çəkinin. Lakin əgər olduğunuz yerdə sizdən asılı olmayan səbəblərə görə musiqi səslənərsə və siz qəlbinizdə bunu inkar edirsinizsə, buna görə sizə günah yazılmır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 1/413). Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir" (əl-Bəqərə, 286). Həmçinin oxuyun:
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?