Bəzi alimlərin musiqini halal görməsini necə izah edə bilərsiz?

    03.01.2025
Sual: 
ƏsSələmu Aleykum və Rahmətullah. Bir sualım olacaqdı. Musiqi Hədislərlə haram edilibsə niyə bəzi alimlər onu halal görüblər? Məsələn İbn Həzm, İmam Ğazali, Şafi alimi olan ibn Qeysərani kimi alimlər Musiqini icazəli görüblər. Hətta bəzi alimlər dəf alətinin musiqi şəkilində istifadəsini icazəli görüblər. Digər alətlərlə dəf alətinin fərqi nədirki?
Cavab: 

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu. 

Əvvəla bunu qeyd edək ki, bir çox alimlər musiqinin haram olması barədə alimlər arasında icma (müsəlman alimlərinin yekdil fikri) olduğunu bildirmişlər. Bu alimlər arasında İmam əl-Qurtubi, Əbu Tayyib ət-Təbəri, İbn əs-Salah, İbn Rəcəb əl-Hənbəli, İbn əl-Qeyyim və İbn Həcər əl-Heytəmi kimi görkəmli alimlər var. Bundan sonra kiminsə alimlərin icmasına (yekdil rəyinə) qarşı çıxması nəzərə alınmır və onun rəyi mötəbər sayılmır. Dörd məzhəbin imamları (Əbu Hənifə, Malik, Şafii və Əhməd) və onların davamçılarının fikrinə görə icma (müsəlman alimlərinin yekdil fikri) şəri bir dəlildir. Onlar bu icmanı bir çox məsələlərdə dəlil kimi istifadə ediblər. İcmanın şəri dəlil olmasına dair Quran və sünnədən çoxsaylı dəlillər gətirilib. Buna görə də, icmanı inkar etmək doğru deyildir. Musiqinin haram olması barədə ətraflı oxuyun:

Musiqinin hansı növünə qulaq asmaq olar?

Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

Paylaş: