Oruc tutmağın fəziləti

    08.06.2014

Əbu Umamə rəvayət edir ki, o, Allah Elçisindən: “Hansı əməl daha fəzilətlidir?” - deyə soruşduqda, o belə demişdir: “Oruc tut, çünki onun tayı-bərabəri yox­dur”. (ən-Nəsəi, 2222).

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: “Sizdən birinizin döyüş üçün qalxanı olduğu kimi, oruc da Cəhənnəm odundan qoruyan bir qalxandır”. (İbn Məcə, 1639).
 
Peyğəmbər demişdir: “Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cə­hənnəm odundan yetmiş illik (məsafəyədək) uzaq­laş­dırar”. (əl-Buxari, 2840).
 
Allah Elçisi demiş­dir: “Kimin son əməli orucla bitərsə, Cənnətə daxil olar”.
 
Peyğəmbər demişdir: “Cənnətdə Rəyyan adlı bir qapı var, Qiyamət günü bu qapıdan oruc tutanlar daxil olacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilmə­yəcək, o gün: “Oruc tutanlar haradadır?”– de­yi­­ləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapı­dan ke­çə bilməyəcək, onlar içəri daxil olduqdan sonra qapılar bağlanacaq və bun­dan sonra heç kəs o qapıdan Cənnətə daxil ola bilməyəcək”. (əl-Buxari, 1896).
 

 
Paylaş: