Məsciddə dünyəvi elmlə məşğul olmaq olarmı?
Və aleykum Salam. Məsciddə riyaziyyat, fizika və digər bu kimi dünyəvi elmləri öyrənmək və ya təkrar etmək icazəlidir. Əksinə, bu, həm camaat namazını qılmağın, həm də məsciddə qalıb namazı gözləyərək savab qazanmaq baxımından faydalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Bir şəxsin camaatla qıldığı namazı, evində və ya bazarda qıldığı namazdan iyirmi beş qat daha üstündür. Kim dəstəmazını gözəl şəkildə alıb məscidə yalnız namaz qılmaq məqsədilə gedərsə, atdığı hər addımda ona bir dərəcə yüksəlir və bir günahı silinir. Namazını qılıb bitirdikdən sonra, məsciddə olduğu müddətcə mələklər onun üçün dua edərlər: "Allahım, ona rəhm et, Allahım, onu bağışla!" Namazı gözlədiyi müddətcə, o, namazda sayılır” (əl-Buxari, 647; Muslim, 649).