Namaz qılarkən sağa və sola baxmadan yalnız möhürə baxaraq salam vermək olarmı?

    11.06.2014
Kimdən: 
esma
Sual: 
salamun eleykum.men namazda salam vererken saga ve sola baxib vermirem.ancaq mohre baxib salamlari deyib namazi bitirirem.namazim duz deyilmi?
Cavab: 

Aleykum salam. İlk öncə qeyd edək ki, namazı peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi qılmaq lazımdır. Bir hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) sahabələrinə (Allah onlardan razı olsun) "məni necə namaz qılan gördünüz, sizdə elə namaz qılın" - deyə əmr edir. Nəzərinizə çatdıraq ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də namazı möhürsüz qılmış və salam və verərkən sağ və sol tərəfə verərdi. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Həmçinin peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməli rədd edilir". (Səhih Muslim).
Hər bir müsəlman dinə, ibadətə aid olan şeyləri yalnız Uca Allahın elçisindən götürməlidir. Uca Allah buyurur: "Həqiqətən, Allahın Rəsulu, Allaha, qiyamət gününə ümid bəsləyənlər, Allahdan, qiyamət günündən qorxanlar və Allahı çox zikr edənlər üçün gözəl bir örnəkdir!" (əl-Əhzab, 21).
Digər ayədə isə belə deyir: "Ya Rəsulum! De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31).

Teqlər: 
Paylaş: