İş yerində qadınlarla söhbətləşməyim günahdırmı və cümə namazı haqqında

    16.06.2014
Sual: 
Assalamu aleykum necesiz?Qardas sualim beledir men yeni islama gelmisem men wirketde resepsinde iwleyirem demek olarki her gun insanlarla unsiyetde oluram hemde xanimlarla da danisiram hem iwimle elaqeder hemde is yoldasi kimi. Bilmey isteyiremki bu ne derecede duzdur men gunah iw gorurem yoxsa yox?Men bir iw yoldadi kimi danisiram hec bir wehvet hissinden soHbet gede bilmez.Vaxti vaxtinda ibadetimi yerine yetirirem.Birde nece cumese buraxanda insana gunah yazilir bu barede Allah razi olsun.
Cavab: 

Aleykum salam. Əlhəmdülilləh, yaxşıyıq. Zərurət olmadan naməhrəm olanlarla ünsiyyətdə olmaq olmaz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səhih bir hədisdə belə buyurmuşdur: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165).
Bu kimi əməllər bəzi hallarda zinaya apara bilər. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Zinaya yaxınlaşmamaq üçün isə, ona aparan yollardan da uzaq olmaq lazımdır. Uca Allah buyurur: "Ya Rəsulum!" Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar, ayıb yerlərini zinadan qorusunlar və ya örtülü saxlasınlar. Bu onlar üçün ədəb-ərkan, təmizlik baxımından daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Həmçinin mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 30-31).
Ölkəmizdə insanların əksəriyyəti şəriət qayda-qanunlarından bixəbərdir. Ona görə siz çalışın ki, tədricən iş yoldaşlarınızı bu qaydalara riayət etməyə alışdırasınız. Həmçinin qadınların da naməhrəm kişilərlə zərurət olduqda belə, nazlanaraq danışması haramdır: "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın". (əl-Əhzəb, 32).

Cümə namazına getmək Uca Allahın kişilərə əmridir: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumuə, 9).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Üç dəfə səbəb olmadan cümə namazını tərk edənin Allah qəlbini möhürləyər". (Əbu Dəvud, Nəsəi, İbn Məcəh).
O (salləllahu aleyhi və səlləm), həmçinin demişdir: "Canım əlində olan Allaha and olsun ki, istərdim odun yığsınlar, sonra namaz üçün azan versinlər və kiməsə imam olmağı həvalə edib, cümə namazına gəlməyən kişilərin evlərini yandırım". (Muslim).
Teqlər: 
Paylaş: