Dua edib yataraq yuxuda sevdiyin insanın geri qayıtmasını görmək haqqında
Sual:
Salam.bir dua kitabinda rastlawdim niyyetinin neticesini yuxuda gorursen.demeli destemaz alirsan temiz bir wey uste oturub 3salavat oxumaq sora herbirine besmele cekerek 10fatiha 11ixlas sureai oxuyub sora yene 3salavat oxuyursan sora sag terefe uzu qibleye dogru yatirsan.sevdiyim imsam geri donsun deye cox dua niyyet etmiwdim bunu oxudum onu yuxuda geri donecehini gordum sora 2ci gun oxumadim geri donmeyeceyini gordum.sora 3gun oxudum yene geri doneceyini gordum soraki gunler oxumadim ve onun geri donmeyeceyini gorurdum yuxuda.sizce dogrumudur niyyetinin neticesini yuxuda gormek ucun oxunan dua?
Cavab:
Aleykum salam. Dediyiniz duaları oxuyub kimisə yuxuda görmək niyyəti ilə yatmağın dinlə heç bir əlaqəsi yoxdur. Bu kimi əməllər dinə sonradan gətirilmiş yeniliklərdəndir (bidət). Həmçinin yuxularla hərəkət etmək də düzgün deyil, çünki yuxunu yozmaq hər adamın işi deyil və yuxunun mütləq yozulması da buyurulmamışdır. Həmçinin oxuyun: Yuxular çin çıxırmı?
Bu halda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu əməl istixarə namazı qılıb Allaha dua edərək, həmin iş xeyirlidirsə onu bizə nəsib etməsini, ziyandırsa onu bizdən uzaqlaşdırmasını istəməkdir. Daha ətraflı: İstixarə namazı necə qılınır?