Namazın möhürsüz qıldıqda alnımızı hara qoyaq?

    18.06.2014
Kimdən: 
esma
Sual: 
salamun eleykum.deyirsiz mohursuz namaz qilmaliyiq.bes secdede alnimizi hara qoyaq?birdeki burda suallari cavablandiranlar kimlerdi?yeni sunnidi,siedi ya vehabidi?sizin cavablarinizdan sunni oldugunuzu dusunurem.
Cavab: 

Aleykum salam. Səhih bir hədisdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki: "...Yer üzü mənim üçün səcdəgah edildi...". (əl-Buxari "Namaz" 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; Əhməd, 3/304; əd-Darimi "Namaz" 1389). 
Hədisdən də göründüyü kimi alnınız möhür olmadan da səcdə yerinə qoya bilərsiniz. Ümumiyətlə möhür haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Çünki Peyğəmbərimiz Məhəmməd (salləllahu aleyhi və səlləm) namazı möhürsüz qılmışdır. Möhürlə namaz qılmaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra dinə gətirilən bidətdir. Bidət, (dində yenilik) yəni dində olmayan bir şeyi sonradan dinə salmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir şeyi icad edərsə, o, rədd olunacaq". (Muslim, 1718).
Uca Allah bizə namazı və digər ibadətlərimizi Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kimi etməyi buyurmuşdur: "Ya Rəsulum! De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).

Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır və sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Ümumiyyətlə, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dövründə məzhəblər və firqələr olmayıb. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə, dininə, Qurana möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın!" (Ali İmran, 103).
Allah tərəfindən açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105).
İstifadəçilərə tövsiyəmiz odur ki,  dini Qurani Kərim və səhih hədislər kimi etibarlı mənbələrdən öyrənsinlər, bu zaman haqq sizə aydın olacaq. Həmçinin oxuyun:
Kimə inanaq?
Məzhəblər və möhürlə namaz haqqında

 
Teqlər: 
Paylaş: