Allah nə üçün Quranda özü haqqında "mən" yox "biz" deyir?
Sual:
Salam Allah tekdirmi? bezi ayelerde Allah muraciet edende mehz (men) yox (biz) deyir Allah tekdirmi yoxsa coxlu Allahlarmi var?
Cavab:
Aleykum salam. Şübhəsiz ki, Uca Allah təkdir və onun heç bir tayı-bənzəri və şəriki yoxdur: "De: O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl-İxlas, 1-4).
Digər bir ayədə isə "Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur. O Mərhəmətlidir və Rəhmlidir". (əl-Bəqərə, 163) deyə buyurulmaqdadır.
"De: "Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa məbud yoxdur". (Sad, 65).
"O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!" (Ğafir, 16).
Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Quranda Uca Allah haqqında həm "mən", həm də "biz" əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətləndirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətləndirilməyə Allahdan daha layiq olan yoxdur. Ona görə də, Uca Allah Özünün tək və şəriksiz olduğunu isbat etmək üçün tək şəklindən, ucalığını və əzəmətini təsdiqləmək üçün isə cəm şəklindən istifadə edir.