Kiminsə işinin düzəlməsi üçün xeyirə səbəb olmaq niyyəti ilə yalan danışmaq olarmı?

    19.06.2014
Sual: 
salam aleykum.kiminse isini duzeltmek ucun,xeyir isi duzeltmek yalan danismaq gunahdi?
Cavab: 

Aleykum salam. Yalan danışmağın icazəli olduğu üç hal vardır. Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri yalan. Digər hallarda yalan danışmaq böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə Cənnətə nail olar". (əl-Əhzab, 70-71). Həmçinin oxuyun: Yalan danışaraq insanların qəlbini ələ alan şəxs günah qazanırmı?
 

Paylaş: