Yuxuda Quran ayələrini görmək, salavat və kəliməyi-şəhadəti demək nə məna verir?
Sual:
salam aleykum yuxuda Fatiha Suresi ve Ixlas suresini gormek ve savalat demek va Kelmeyi Shehadet demek ne mena dashiyir
Cavab:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxu haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allaha həmd-səna etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz". (əl-Buxari, 6985).
Dediyiniz yuxu Uca Allahdan olan yuxulara aid ola bilər. Uca Allaha təriflər deyərək onun üçün əməlləri artırın. Daha ətraflı: Yuxu haqqında