Məgər Səhih Müslimdə keçən hədis, namazı möhürlə qılmağa dəlil deyil?

    20.06.2014
Sual: 
Salam aleykum.Sehih muslim,2-ci cild,seh62 de Peyqemberimizin(sallallahu aleyhi ve sellem)dasha secde etmesi yazilib.Bu mohurle namaz qilmaqa delil deyilmi?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz hədis möhürlə namaz qılmağa aid dəlil deyil, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) daşa səcdə etməyi əmr etməmişdir. O, sadəcə, harda olur-olsun - istər evdə və ya məsciddə, istərsə də çöldə namazın vaxtı girən kimi qılmağı sevərdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Allah yeri mənim üçün səcdəgah və pak yaratmışdır". (əl-Buxari, 1/86, 1/113). Digər hədisdə isə bildirilir ki; "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həsir cənamaza səcdə edərdi". (əl-Buxari, 1/100).
Həmçinin, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurur: "Mənə yeddi əza (sümüyə) üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın və (sonra burnuna da işarə etdi). İki əl, iki diz, iki ayaq barmaqlarının üzəri və saç və paltarı yığmaq isə qadağan edilmişdir". (əl-Buxari, 812). Bunlardan hansısa biri qaldırılarsa, onun səcdəsi doğru olmaz. Əgər torpağa səcdə etmək əmr olunsaydı, o zaman bu əzalar hamısı torpağa dəyməli idi. Belə bir əmr isə yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həm örtüyün üzərində, həm həsirin üzərində, həm də torpaq üzərində namaz qılmışdır. Əsas məsələ səcdə olunan yerin pak olmasıdır.

Teqlər: 
Paylaş: