Aşura orucu qəza edilirmi?

    17.07.2025
Kimdən: 
.
Sual: 
Salam.Məhərrəm ayının 9cu günü oruc tutdum.Aşura günü isə heyz qanı olduğundan tam əmin olmadığım qan gəldi.Bu halda orucu açmaq düz hərəkətdi?Heyz qanı olsa və ya olmasa hökmü nədir?Qəza etməliyəm?Və bu cür hal məni açığı kədərləndirdi çox istəyirdim tutmağı,bunun günahlarla orucumun qəbul olmaması ilə əlaqəsi varmı?
Cavab: 

Və aleykum Salam. Heyzdən əvvəl gələn qanla bulanıq axıntı heyzdən sayılır. Aşura günü və ondan bir gün əvvəl və ya sonra oruc tutmaq vacib deyi, müstəhəbdir. Odur ki bu orucu tuta bilməyən şəxs onu qəza etmir. Əksinə, oruc tutmağa niyyət edən, lakin heyz və ya digər üzürlü səbəbdən bu orucu tuta bilməyən şəxsə Uca Allah bu savabı yazır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “(Mömin) bəndə xəstə­ləndiyi və ya səfərdə olduğu zaman ona evində, həm də sağlam olarkən et­di­yi əməllərin savabı qədər savab yazılır.” (əl-Buxari, 2996). Qadının heyz səbəbindən müəyyən ibadətləri etməyə müvəffəq olması günahlara görə deyil. Əksinə qadın Uca Allahın əmrini yerinə yetirərək bu ibadətləri etmir. Aişə anamız (Allah ondan razı olsun) Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc edərkən heyz oldu və bu səbəbdən ümrə edə bilmədi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona təsəlli verərək belə dedi: "Bu elə şeydir ki, Allah onu Adəmin qızlarına (qadınlara) yazıb. Təvafdan başqa boynuna düşən həcc ərkanları yerinə yetir". (Sunən ən-Nəsai, 348). Həmçinin oxuyun:

Paylaş: