Ədalət dini deyilən bir din varmı?
Sual:
Salam men bilmek isteyirem ki, Edalet dini varmi? bizim ailenin bezi uzvleri Edalet dinindendir men ie Islam dinindenem Edalet dini deye bir din varmi?
Cavab:
Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19).
"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali İmran, 85).
İnsanlar bəzən "mən başqalarına qarşı ədalətliyəm, Allaha ibadət etməyimə ehtiyac yoxdur" deyərək Allahın əmrlərini yerinə yetirməkdən boyun qaçırırlar. Ona görə də, ailə üzvlərinizə bu ayələri göstərərək onları İslama dəvət edin. Həmçinin oxuyun: Ürəyim təmizdirsə, namaz qılmalıyam?