Dua edərkən peyğəmbəri vasitə tutmaq olarmı?

    22.06.2014
Sual: 
salam aleykum. Allah sizden razi olsun suallarimizi cavablandirdiginiz ucun. sizden bir sufi qardasin mene verdiyi suali cavablandirmaginizi xahis edirem. qardasin dediyine gore dua ederken ve ya nese isdiyerken allahdan peygemberi (s.a.s) mi vasite tutmaq olar. men ise bildirdim ki olmaz, peygemberden bele bir hedis yoxdu. o ise cavabinda ''biz her peygemberi sirf, Allahin izni ile itaet edilmek uzre gonderdik. eger onlar kendilerine zulm etdikleri zaman sana( muhammed s.a.s) gelseler de allahdan gunahlarinin bagislanmasini dileseler ve peygember( muhammed) de onlara bagislama dileseydi, elbetde Allah tovbeleri cox qebul edici ve cox merhemedli bulacaqlardi''. bu ayetin ozudu, umumiyetle eger sefaati tevessulu inkar eden varsa de qoy o birinci delil versin, ele delil versin ki once ehli sunnet alimlerinden olsun ki, bele delil yoxdur. bu ise ehli sunnet alimlerinin fikridi. tefsiri ibni kesir, imam nevevi el izharda, seyh muhammed ibn kudame'' mugni'' kitabinda, seyh ebul ferec '' serhul kebir'' de. seyh mansur bin yunus el behuti de hanbeli mezhebinin en meshur kitablarindan biri olan' 'kessaful kina'' adli eserinde bu ayet haqqinda deyir ki ; hz utbi (ra) peygemberimizin( sas) mezari yaninda oturmusdu. bu zaman bir bedevi arab ve qebre yonelerek bele dedi; ya rasulullah biz esitdik ki ( nisa 64 cu ayeti oxudu) sonra bedevi dedi; men de gunahlarimdan istigfar ettigim halde ve senden rebbime benim haqqimda sefaetci olmani dileyerek huzuruna geldim. bunlari dedikden sonra bedevi bir ser oxudu. ey torpaqda yatanlarin en xeyirlisi.....deye bir ser oxudu ve getdi. uti sonra dedi ki o bedevi getdikden sonra bana bir gerginlik geldi ve uykuya dali vermisim. ruyamda allah resulunu gordum. bana bele buyurdu; get o bedevi araba yetis ve allah(cc) onu bagisladigini de. bu qeder. cox xahis ediorem bunlara etrafli cavab veresiz o qardas da anlasin. allah razi olsun.
Cavab: 

Aleykum salam. Əvvəlcə onu qeyd edək ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dünyasını dəyişdikdən sonra dua edərək onu vasitə tutmağın hökmü alimlər arasında fikir ayrılığına gətirib çıxarıb. Bəziləri deyib ki, bu bidətdir. Yəni dinə sonradan gətirilən yenilikdir. Bəziləri isə deyib ki, bu insanı islamdan çıxaran şirkin növlərindən biridir. Dediyiniz ayə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sağ ikən, yəni həyatda olduğu vaxtlara aiddir. Ölmüş insanı duada vasitə tutmağı Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə özü etmiş, nə də başqalarına buyumuşdur. Daha ətraflı: 
Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?
Təvəssülün neçə növü var?
Həmçinin din kiminsə yuxuları əsasında deyil, səhih mənbələr - Quran və səhih hədislər əsasında formalaşmışdır. Ona görə də, dində şübhəyə düşməmək üçün, alimlər buyurmuşdurlar ki, belə şəxslərlə oturub durmamağımız bizim üçün daha xeyirlidir.

Teqlər: 
Paylaş: