"Allah bəlanı versin" sözü nə dərəcədə böyük qarğışdır?

    23.06.2014
Kimdən: 
Baxış
Sual: 
Bezen birine esbleşdikde Allah belanı versin sözünü deyirik bu neqeder düzdür yeni bele bir böyük qarqış etikde hemin insanı heqiqetendemi böyük bendua etmış oluruq ALLAh hemin adamın belasınmı veri ve bunece nezaman baş verir
Cavab: 

Salam aleykum. Ümumiyyətlə dinimizə görə lənəti, bədduanı, qarğışı və s. dərəcələrə ayırmaq kimi bir anlayış yoxdur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 312). Daha ətraflı: İslam dini lənəti bəyənirmi?
Bədduanın qəbul olunub-olunmaması isə Allahın istəyinə bağlıdır. Uca Allah buyurur: "Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar". (Ali İmran, 128).
 

Teqlər: 
Paylaş: