Çıxarılmış dişin yerindən gələn qan qüslü pozurmu?
Sual:
Salam. Mən dişimi çəkdirmişəm və hələdə qam gəlir,cünubam və qüsul almaq istəyirəm, dişimdən qan gələ gələ qüsul alsam düzgümdür yoxsa batil olur?
Cavab:
Və aleykum Salam. Dişdən gələn qan qüslü pozmur. Sadəcə bilmək lazımdır ki, qüsl alarkən ağızı yaxalamaq və buruna su almaq vacibdir. Əgər ağıza su almaq həkim tərəfindən qadağan edilibsə, bu halda ağıza su almadan qüsl edin, əlavə olaraq təyəmmüm edin. Həmçinin oxuyun: