Uca Allahın Peyğəmbərə "De: "Mənə müsəlman olanla­rın ilki olmaq əmr edildi..." (əl-Ənam, 14) buyurmasının mənası nədir?

    08.10.2025
Kimdən: 
Ramil2X2
Sual: 
Salam. Ənam surəsinin 14-cü ayəsində Allah Məhəmməd Peyğəmbərin (s.a.v) ilk müsəlman olduğunu deyir. Amma digər ayələrdə müsəlmanlığın ilk insan Adəm peyğəmbərdən başladığını qeyd edir. Bunu izah edə bilərsiniz?
Cavab: 

Və aleykum Salam. Qurani-Kərimin ayələrinə diqqət etsək görərik ki, bu söz digər peyğəmbərlər haqqında deyilmişdir. Məsələn bir ayədə Uca Allah Musa barədə xəbər verərək belə buyurur: "O özünə gəldikdə isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!”– dedi" (əl-Əraf, 143). Həmçinin Allah "əl-Ənam" surəsində də Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə deməyi buyurur: "De: “Göyləri və ye­ri yara­dan, ha­mı­nı yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqa­sı­nımı dost tuta­ca­ğam?” De: “Mənə müsəlman olanla­rın ilki olmaq əmr edildi və: “Müş­riklər­dən olma!” (buyuruldu)”" (əl-Ənam, 14). Həmçinin buyurur: "De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm" (əl-Ənam, 162-163). Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Uca Allah buyurur: “Mə­nə belə buyurul­muş­dur və mən ilk müsəlmanam”. Qatədə (Allah ona rəhmət etsin) demişdir: "Yəni bu ümmətdə ilk müsəlman olan mənəm”. Bu, onun söylədiyi kimidir, çünki Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əvvəlki peyğəmbərlərin hamısı İslama dəvət etmişlər. İslamın əsli isə tək və şəriki olmayan Allaha ibadət etməkdir. Necə ki Uca Allah bir ayədə belə buyurur: “Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək” (“əl-Ənbiya”, 25). Başqa bir ayədə isə Nuhun (ona salam olsun) öz qövmünə belə dediyini xəbər verir: “Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istə­mirəm. Mə­nim mükafatım ancaq Allahdadır. Mənə mü­səlman­lar­dan olmaq əmr edil­­mişdir” (“Yunus”, 72). Başqa bir ayədə isə belə buyurur: “Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (“əl-Bəqərə”, 130-132)".

Teqlər: 
Paylaş: