Kişi qadının vəlisinin tələbi ilə zövcəsini boşayarsa, boşanma sayılırmı?
Sual:
Salam aleykum. Qardaş zövcesizne iki talağ verdi,üçüncü şerietle veli sorğu sual eledi ve qardaş istemeye istemeye mecbur talağ aldılar.Hem de çox esebi idiler ikiside. Talaq aldılar sonra dediler bes bu xulu taqdı.İndi bu xulu talağdı, ya fesx talaqdı bilmirem.qardaş barışmaq isteyir,tezden barışmaq olar?
Cavab:
Və aleykum Salam. Talaq məsələsi təfsilata ehtiyacı olan bir məsələdir. Talaq zamanı qadının halı (heyz olub-olmaması, təmizləndikdən sonra yaxınlığın olub-olmaması), kişi qəzəbli olubsa qəzəbinin həddi və s. bu kimi bir çox məsələlər dəqiqləşdirilməlidir. Odur ki talaqla əlaqəli məsələləri bu məsələdə elmi olan bir kəsə yaxınlaşıb ətraflı izah edərək vermək lazımdır. Bu sualda qeyd olunanlar cavab vermək üçün kifayət etmədiyi üçün suala cavab verə bilməyəcəyik. Həmçinin oxuyun:
Kişinin qəzəbli halda olarkən həyat yoldaşına "hara istəyirsən get" deməsi haqqında