Necə və hansı duaları edim ki, Allah məni bağışlasın!?
Salam aleykum. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Allaha istədiyiniz kimi dua edib bağışlanma diləyə bilərsiniz. Həmçinin, hədislərə görə istiğfar duasının ən geniş yayılmış forması belədir:
"Əstəğfirullahəl-Azim - Əzəmətli, Uca və Ulu olan Rəbbimdən günahlarımın bağışlanamsını diləyirməm".
"Əstəğfiru-l-lahə va ətubu ileyhi - Rəbbimdən günahlarımın bağışlanmasını diləyir və Onun hüzurunda tövbə edirəm".
"Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni va ənə abdukə, va ənə alə ahdikə va va'dikə mə-s-təta'tu, əuzu bikə min şərri mə sanə'tu. Əbu'u ləkə bini'mətikə aleyyə, va əbu'u bizənbi. Fəğfir li fə innəhu lə yəğfiru-z-zunubə illə əntə" (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan! “Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın. Mən Sənin bəndənəm. Gücüm çatana qədər Sənə verdiyim söz və vədimdən dönmərəm, etdiyim pis əməllərdən də Sənə sığınıram. Mənə verdiyin nemətlərini etiraf və günahlarımı boynuma alıram. Məni bağışla, çünki günahları ancaq Sən bağışlayarsan - Səhih əl-Buxari, 7/150).
"Əstəğfirullahəl-Azimə-lləzi lə iləhə illə huvəl-Hayyul-Qayyum va ətubu ileyhi - Əzəmətli, Uca, Ulu, Ondan başqa heç bir haqq ilah, mə'bud olmayan, Əbədi yaşayıb daima diri olan, bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan Rəbbimdən bağışlanma diləyib Onun hüzurunda səmimi qəlbdən tövbə edirəm".