İnsanın atasından gizli pul götürməsi günahdır?
Sual:
bir insan atasından gizlin pul götürerse bu günah sayılır
Cavab:
Salam aleykum. İnsanın nəyinki öz atasından gizlin pul götürməsi, hətta digər bir başqasının malını belə gizlin şəkildə icazəsiz götürməsi düzgün deyil və bu hal oğurluqdan sayıla bilər. Amma məsələ sırf ata ilə bağlıdırsa burada bəzi istisnalar var: Atanın övladına qarşı kəskin şəkildə xəsis olması və bu xəsislik nəticəsində övladın ac-susuz, paltarsız qalması və digər zəruri ehtiyaclarını ödəyə bilmədiyi kimi hallar. Çünki atanın malında övladın və bütün ailə üzvlərinin haqqı var və əgər o bu haqqı onlardan imkanı olduğu halda əsirgəyirsə, yaxud da layiqincə yerinə yetirmirsə, bu zaman övladın ehtiyacını ödəyəcək qədər pul götürməsi inşallah günah sayılmaz.