Yataq xəstəsi olan bir insan necə namaz qıla bilər?
Sual:
Salam aleyküm. Bir sualım olacaq zəhmət olmasa cavablayarsiz , sualım belədir bir insan yataq xəstəsidir irinli iltihablı yaraları var namaz qıla bilmir bu halda nə etsin ?
Cavab:
Və aleykum Salam. Əvvəla xəstə üçün Uca Allahdan şəfa diləyirik. Uca Allah bütün xəstə müsəlmanlara şəfa versin!
Sualın cavabına gəlincə, Uca Allah hər bir insandan yalnız onun gücü yetəcək qədəri tələb edir. Əgər insan yataq xəstəsidirsə, nə dəstəmaz nə də təyəmmüm edə bilmirsə, həmçinin təmizlənə bilmirsə, belə insan olduğu vəziyyətdə - uzanaraq başını tərpədə bilirsə, başı ilə bacarmırsa gözləri ilə işarə edərək namazlarını qılır. Həmçinin oxuyun: