İnsanın iş üçün gündəlik evindən 32 km getdiyi məsafə səfər sayılırmı?

    19.12.2025
Kimdən: 
....
Sual: 
Əs-sələmu Aleykum va Rəhmətullahi va Bərakətuhu. Qardaş mən simenlə işləyirəm 12 saat iş 12 saat ev. İş yerim evdən 32 km məsafədədir (Hacıqabuldan Səngəçala). İndi mən namazlarımı necə qalmalıyam? 1. Ayaq üstə qılmağa imkan yoxdu, ancaq olurulu vəziyyətdə olur, 2. Səfər sayılır? 3. Birləşdirib qılmaq olar (çətinliydi)? 4. Namazları qısaltmaq olar(4-ü 2 qılmaq)? Nətər edim? Köməyliy edin Allah rizası üçün Qeyd: müvəqqətidir iş 2-3 aylıq, məcburiyyətdir çıxış yolu yoxdu 2-3 ayı mütləq bir şəkildə işləməliyəm. Çox xərc çəkilib valideynlər tərəfindən. Xeyirli iş necə tapım qardaş bu ölkədə düz əməlli iş yoxdu ki yoxdu, axtarıram, duada edirəm.. Allah razı olsun və elminizə bərəkət versin
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əvvəla Uca Allahdan sizə bol ruzi, dünya və Axirətiniz üçün xeyirli iş diləyirik!

Sualların cavabına gəlincə, aşağıdakı kimidir:

1) Namazı ayaq üstə qılmaq namazın ərkanlarından biridir. İnsan yalnız üzrlü səbəbdən namazlarını oturaraq qıla bilər. Odur ki çalışın namazları ayaq üstə qılasınız. Əgər heç bir halda ayaq üstə qılmaq mümkün olmasa, bu halda oturaraq qıla bilərsiniz.


2) İnsanın gündəlik getdiyi iş yeri səfər sayılmır. Həmçinin qeyd etdiyiniz 32 kilometr məsafə səfər olması üçün kifayət etmir. Çünki, bəzi alimlər 83 kilometrdən artıq məsafəni səfər hesab edirlər. Həmçinin oxuyun:

Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?


3) Çətinlik halında qısaltmadan Zöhrlə Əsr namazını, habelə Məğriblə İşa namazını birləşdirə bilərsiniz. Ətraflı oxuyun:

Zərurətdə namazı birləşdirmək olarmı?


4) Səfərdə sayılmadığınız üçün namazları qısalda bilmərsiniz. 

Səfər namazı necə qılınır?

Paylaş: