Namaz qılıb oruc tutmamaq haqqında

    23.12.2013
Sual: 
Salam men namaz qiliram ama oruc tutmuram,yeni acliga qarshi kompleksim olduguna gore.Bu zaman menim namazim qebul olunurmu?
Cavab: 

Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır". Nafilə (vacib olmayan) orucları tutmamaq isə günah sayılmır.

Teqlər: 
Paylaş: