Namaz qılıb hicab bağlamamaq olarmı və yuxuda ölüm mələyini görmək haqda

    24.06.2014
Kimdən: 
lale
Sual: 
salam men eger namaz qilsam hicab baglamasam Allah meni bagisdiyar ama geyimlerim qapali olsa birdeki yuxuda ezrayil gormek neye isaredi men yuxumda gordumki azrayil meni tutmaq isteyir mende qorxudan qaciram sonra meni tutur mene baxir deyirki hele olum vaxtin deyil buraxir yanimda bir qiz variydi onu apardi yeni bu yuxu olume isare ola bilermi Allah sizden razi olsun
Cavab: 

Aleykum salam.
1) Namaz və hicab hər ikisi Uca Allahın vacib buyurduğu əmrlərdir. Bu əmrləri yerinə yetirdikdə savab, boyun qaçırdıqda isə günah qazanırıq. Siz inşallah, tezliklə namaza başlayın və namazlarınızda Uca Allaha sizə hicabı asanlaşdırması üçün dua edin. Örtülü geyinib başını açıq qoymaq isə hicab sayılmır.
2) Belə yuxular insana ölümü və axirəti xatırlatmaq mənasında ola bilər. Bizim üzərimizə düşən, bundan ibrət almaq, ölüm bizi haqlamamışdan əvvəl Uca Allahı razı salacaq əməllərimizi çoxaltmaq, ibadətləri yerinə yetirmək, hicab bağlamaq və bacardıqca haramlardan çəkinməkdir.
Uca Allah buyurur: "Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir". (Qaf, 19).
"Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Və bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Munafiqun, 10-11).
"Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". (İbrahim,10).

Əli ibn Əbu Talib öz tələbələrinə həmişə nəsihət edərək belə deyirdi: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. Onların hər ikisinin öz oğulları (qəlbən ona bağlı olan adamları) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün əməl edirsiniz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir əməl edə bilməyəcəksiniz".

Teqlər: 
Paylaş: