Nişanlımın ailəsi hicab geyinməyimə qarşıdır, nə edə bilərəm?

    03.01.2026
Kimdən: 
A
Sual: 
Əs Salamu Alekum.Biz nişanlıyıq.Yaxın zamanda İnşAllah toyumuz olacaq.Yoldaşım və mən islamdayıq çox şükür.Lakin onun ailəsi İslama qarşıdılar.(Namaz və hicabı) onlar üçün boşdur.Əstağfurullah.Lakin Mən hicaba keçib islamı şəkildə ailəmi qurmaq istəyirəm.Yoldaşımda bunu istəyir.Saqqala belə söz edirlər.Lakin son zamanlar saqqala artıq o qədərdə söz demirlər.Hicaba keçsəm bizi qəbul etmzələr deyə tərəddüt edirəm.Mən nə edim?
Cavab: 

Və aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir. Bu məsələdə insanların nə deyəcəyini nəzərə almaq olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 6830, 7257; Muslim, 1840). Həmçinin demişdir: "Yaradana qarşı olan günah işlərdə yaradılmışa itaət etmək olmaz". (İmam Əhməd, 1098). Uca Allahı razı salmaq daha vacibdir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim bir əməl edər və bu əməllə insanları qəzəbləndirib Allahı razı salarsa, Uca Allah o kəsdən razı qalar və insanları da ondan razı edər. Kim də insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Uca Allahın o kəsə qəzəbi tutar və insanları da ondan narazı salar". (İbn Hibban, 1/510; ət-Tirmizi, 2414). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: