İslamda "Vision board" hazırlamaq günahdırmı?

    29.12.2025
Sual: 
Visionboard hazırlamaq günahdırmı?
Cavab: 

Əssələmu aleykum. "Vision board" - insanın arzularını və hədəflərini göz önündə saxlamaq, çatmaq istədiyi nailiyyətləri xatırlatmaq üçün hazırladığı şəkil və yazılardan ibarət lövhədir. İslam dininə görə əgər qarşıya qoyulan məqsədlər halal işlərdirsə (elm almaq, ibadətlər etmək, halal ruzi əldə etmək, sağlam həyat tərzi yaşamaq və s.) bu halda "vision board" (məqsəd lövhəsi) hazırlamaq günah deyil. Lakin insan bilməlidir ki, bütün bu naliyyətləri yalnız Uca Allahın müvəffəqiyyəti sayəsində əldə edə bilər və bu naliyyətlərə çatmaq üçün halal vasitələrdən istifadə etməlidir. Həmçinin lövhədə insan şəkillərini asmaqdan çəkinmək lazımdır. Çünki dinimizdə canlı şəkli çəkmək və onu asmaq qadağandır. Necə ki Peyğəmbərimiz ﷺ belə demişdir: "Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Lakin hər ikisində xeyir vardır. Sənə fayda verəcək işlərə can at, Allahdan kömək dilə və aciz olma! Başına bir iş gəlsə, demə ki, "əgər belə et­səydim, belə olardı". Əksinə, de: "Bu, Alahın qədəridir, O istədiyini etdi" (qadərallahu və mə şəə fəalə). Çünki "əgər" kəlməsi şeytan əməlinə yol açır". (Muslim, 2664). Həmçinin oxuyun:

Paylaş: