Əbcəd, Həvas və Cəfr elmini öyrənmək olarmı?

    08.01.2026
Sual: 
Salam aleykum. Havas elmi, əbcəd, cifir və s. kimi batini elmləri öyrənmək istəyirəm. İcazəlidirmi? Bu barədə nə deyə bilərsiz?
Cavab: 

Və aleykum Salam. Sualda qeyd etdiyiniz "Əbcəd" elmi - ərəb hərfləri ilə rəqəmləri əlaqələndirən bir elmdir. "Həvas" isə "duyğu orqanları" deməkdir. Bu elmləri düzgün və halal məqsədlər üçün öyrənməkdə bir qəbahət yoxdur. Lakin əgər bu elmlər qeybi bilmək və s. bu kimi batil məqsədlərlə öyrənilərsə, haram olar. Necə ki İbn Abbas (Allah ondan razı olsun) ulduzlara baxan və "Əbcəd hesabları" ilə məşğul olan insanlar haqqında deyir ki: “Belə işləri görən şəxsin Allah qatında heç bir payı yoxdur”. (Fəthul-Bari, 11/351). İbn Abbas (Allah ondan razı olsun) burada Əbcəd elmi öyrənib falçılıqla məşğul olanları nəzərdə tutmuşdur.

"Cəfr" adlı kitab isə yalan və böhtan üzərində qurulmuş, sehrbazlıq və qeyb elmini iddia edən bir əsərdir. Bu kitabda güya gələcəkdə baş verəcəyi iddia edilən qeybə aid məsələlər – dövlətlərin dəyişməsi, müharibələrin baş verməsi, fəlakətlər və buna bənzər hadisələr qeyd olunur. Bəziləri bu kitabı bəzən Əli ibn Əbu Talibə (Allah ondan razı olsun), bəzən isə Cəfər ibn Məhəmməd əs-Sadiqə (Allah ona rəhmət etsin) nisbət edirlər. Onlar bu kitabın guya nəsildən-nəsliə ötürüldüyünü və keçi dərisi və ya öküz dərisi üzərində yazıldığını iddia edirlər. Halbuki bütün bunlar əsassız iddialar və uydurmalardır. Həmçinin oxuyun:

Dünyəvi elmləri öyrənməliyik, yoxsa dini elmləri?

Teqlər: 
Paylaş: