Fərz namazlarından sonra deyilən zikrləri günün digər vaxtlarında demək olarmı?

    05.01.2026
Sual: 
Peygemberin qizi hemise dua ederdi. 34, 33, 33 saylarda ardicil. Men bu duani gun erzinde etsem hansi savabini gore bilerem? Yeni hedislerde meslehet gorulur ki yatmazdan evvel ve ya namazin sonunda. Amma men namaz qilmiram. Umyetle maraqlidi ne namazin sonunda, ne yatmazdan hemen once deyilde, istediyim zaman bu zikri desem nese savab qazana bilecem?
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yatağa girərkən 33 dəfə Subhən-Allah, 33 dəfə Əlhəmdulilləh, 34 dəfə Allahu Əkbər zikrini deməyi buyururb. Fərz namazlarından sonra isə 33 dəfə Subhən-Allah, 33 dəfə Əlhəmdulilləh, 33 dəfə Allahu Əkbər, bir dəfə də "Lə İləhə İlləllah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir" zikrini deməyi buyurub. 

Uca Allah insanın etdiyi heç bir saleh əməli puç etmir. İnsanın etdiyi saleh əməl zərrə qədər olsa da Uca Allah buna görə ona savab yazır. Uca Allah bu xüsusda buyurur: "Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir" (əz-Zəlzələ, 6). Bu zikrlər xüsusi vaxtlarda deyildiyi üçün digər vaxtlarda demək doğru deyil. Günün istənilən vaxtlarında istənilən sayda deyilən zikrlər var. Bu zikrləri günün istənilən vaxtı deyə bilərsiz. Həmçinin bilin ki, namaz insanı Allaha yaxınlaşdıran ən fəzilətli ibadətdir. Odur ki tez bir zamanda namaza başlamağınızı tövsiyə edirik. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: